Rusiyada həbsdə olan ukraynalı qadın pilota hökm oxunacağı tarix açıqlanıb

Rusiyada həbsdə olan ukraynalı qadın pilota hökm oxunacağı tarix açıqlanıb
# 09 mart 2016 10:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya hökm 21-22 mart tarixlərində oxunacaq.

APA-nın "lenta.ru" ya istinadən verdiyi xəbərə görə, bu barədə onun işini aparan hakim bildirib.

N. Savçenko isə yazdığı məktubda özünü günahkar hesab etmədiyi, məhkəmə qərarını qəbul etmədiyini və günahkar bilinəcəyi halda, çıxarılan qərardan apelyasiya şikayəti verməyəcəyini bildirib.

Xatırladaq ki, martın 2-də dövlət ittihamçısı N. Savçenkonun 23 il azadlıqdan məhrum edilməsi tələbi ilə çıxış edib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü ilin iyulun əvvəlində Donbasda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR