Azərbaycanda havanın temperaturu yüksələcək

 Azərbaycanda havanın temperaturu yüksələcək
# 04 aprel 2016 10:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aprelin 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR