Elmar Məmmədyarov Moskvaya gedir

Elmar Məmmədyarov Moskvaya gedir
# 07 aprel 2016 15:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək.

APA-nın məlumatına görə, o, sabah Moskvada keçiriləcək MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.

Görüşün gündəliyinə MDB ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin müzakirəsi daxildir. Nazirlər MDB-nin 2015-ci il üçün çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının reallaşdırılmasını müzakirə edəcək və 2016-cı il üçün analoji plan təyin edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR