“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılıb

“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılıb
# 02 mart 2016 12:57 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb. Apasport.az-ın “Milliyet” qəzetinə istinadən məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

“Cim-bom”un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.

Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan “Qalatasaray”a güzəşt etməyib. “Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il avrokuboklara vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR