"Deloitte"in Azərbaycan nümayəndəliyində yeni təyinat olub

"Deloitte"in Azərbaycan nümayəndəliyində yeni təyinat olub
# 22 yanvar 2016 07:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Deloitte Azərbaycan” Maliyyə Məsləhəti (MM) xidmətləri praktikası üzrə yeni rəhbər təyin edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu vəzifə Daniyar Adigamova həvalə olunub.

D. Adigamov “Deloitte Azərbaycan”ın Maliyyə Məsləhəti praktikasına rəhbərlik edərək müxtəlif mühüm əhəmiyyətli layihələrdə onu təmsil edəcək və “Deloitte Azərbaycan”ın mövcud və yeni müştəriləri ilə fəal əlaqələrin qurulmasına cavabdeh olacaq. Onun bütün fəaliyyətləri “Deloitte Azərbaycan” şirkətində tutduğu yeni vəzifənin reallaşdırılmasına və şirkətin fəaliyyət göstərdiyi dairələrdə fərq yaradan həllərə xüsusi diqqət verilməsinə yönələcək.

“Deloitte”nin Maliyyə Məsləhəti Praktikası xidmətləri birləşmələr və udulmalar, restrukturizasiya, kapitalın cəlb edilməsi, məhkəmə araşdırmaları, infrastrukturla bağlı məsləhət və qiymətləndirmələr kimi müxtəlif xidmətləri özündə birləşdirir.

“Deloitte Azərbaycan”da tutduğu vəzifədən əvvəl D. Adigamov 16 ilə yaxın digər “Böyük Dörd”lük firmasında - 8 il audit departamentində və 3 il Moskvadakı Əməliyyatlar Xidmətləri departamentində çalışıb. Bundan sonra, o Qazaxıstanın Almatı şəhərinə qayıdaraq Orta Asiyada Əməliyyatlar və Restrukturizasiya Xidmətləri departamentini quraraq, ona rəhbərlik edib.

D. Adigamov yerli və beynəlxalq müştərilərə peşəkar xidmətlərin göstərilməsi sahəsində geniş təcrübəsi var. O, satınalmalara əlaqədar 100-ə yaxın yoxlamalara, eləcə də audit və MDB-də maliyyə sektorunda (sığorta şirkətləri, banklar, lizinq şirkətləri və pensiya fondları) borcların restrukturizasiyasına dəstək layihələrinə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR