Qəbələdə yağan güclü qar nəticəsində yolda qalan avtomobil xilas edilib

Qəbələdə yağan güclü qar nəticəsində yolda qalan avtomobil xilas edilib
# 25 yanvar 2016 15:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qəbələdə yağan güclü qar nəticəsində yolda qalan avtomobil xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-Qərb Regional Mərkəzinə, Qəbələ rayonu Laza kəndinə yağan güclü qar nəticəsində 1 avtomobilin sürüşərək yolun kənarına düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobilə müvafiq kömək göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR