Cəbrayıl sakinindən silah-sursat götürülüb

Cəbrayıl sakinindən silah-sursat götürülüb
# 01 fevral 2016 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Cəbrayıl rayon sakinindən silah-sursat götürülüb.

APA-nən DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb. Onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilmiş “İJ” markalı tüfəng və 19 ədəd patron da aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR