Rusiyadan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb
# 07 may 2016 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyadan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR