Bülənt Karslıoğlu “Azərreyl”dən kənarlaşdırılır

Bülənt Karslıoğlu “Azərreyl”dən kənarlaşdırılır
# 03 avqust 2016 08:05 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” 2016/2016 mövsümünə yeni baş məşqçi ilə başlaya bilər. Apasport.az saytının məlumatına görə, maliyyə çətinliyi ilə üzləşən “dəmiryolçular” türkiyəli baş məşqçi Bülənt Karslıoğlunun xidmətində maraqlı deyil.

Bu səbəbdən Çempionlar Liqasında oynayacaq “Azərreyl” çalışdırıcısı ilə yeni mövsüm üçün heç danışıqlar da aparmayıb. Əvvəlki illərlə müqayisədə transfer bazarında da fəal olmayan “Azərreyl”in yerli məşqçiyə tapşırılacağı gözlənilir.

Qeyd edək ki, hələlik rəsmi transferini açıqlamayan Bakı təmsilçisi oyunçularının bir çoxu ilə də vidalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR