Zakir Həsənov İslam Kərimovun məzarını ziyarət edib

Zakir Həsənov İslam Kərimovun məzarını ziyarət edib
# 04 oktyabr 2016 14:04 (UTC +04:00)

Bakı - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Özbəkistana səfəri zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR