Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb

 Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb
# 08 yanvar 2016 08:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat yoxdur.

Nazirin digər əmri ilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib. N. Camalov isə hələlik sərəncamdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR