Qaçaqmalçılıq yolu ilə Azərbaycana pirotexniki malların gətirilməsinin qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə Azərbaycana pirotexniki malların gətirilməsinin qarşısı alınıb
# 09 dekabr 2015 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə Azərbaycana pirotexniki və tezalışan malların gətirilməsinin qarşısı alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Mahmud Nəbiyevin idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 14 220 ədəd, Azər Hüseynovun idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd, Elyar İsmayılovun idarə etdiyi “Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82 550 ədəd, Sönməz Osmanovun idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsindən 5 436 ədəd, Teymur Əliyevin idarə etdiyi “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40 800 ədəd, Natiq Əhmədovun idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 12 800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi “VAZ 21703” markalı nəqliyyat vasitəsindən 57 600 ədəd, Samir Musayevin idarə etdiyi “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20 400 ədəd, ümumilikdə 240 806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR