Xalq artisti Musa Mirzəyevin səhhəti pisləşib

Xalq artisti Musa Mirzəyevin səhhəti pisləşib
# 09 dekabr 2015 13:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bəstəkarlar İttifaqının katibi, xalq artisti Musa Mirzəyev səhhətinin kəskin pisləşməsi ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.


APA-nın məlumatına görə, 82 yaşlı bəstəkar əvvəl mikro insult keçirib və xəstəxanada müalicə olunub. Lakin dekabrın 8-də bəstəkarın səhhəti qəflətən pisləşib. Onun müalicəsi dövlət hesabına həyata keçirilir.

Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir. Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR