TQDK bakalavrlara müraciət edib

TQDK bakalavrlara müraciət edib
# 29 fevral 2016 10:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bakalavrlara müraciət edib. TQDK-dan APA-ya verilən məlumata görə, bakalavrlar elektron ərizələrinə daxil olmaqla (https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov) martın 6-da keçiriləcək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər.

Qeyd olunub ki, qəbul imtahanında iştirak etmək üçün bakalavr imtahanın yeri və keçirilmə tarixi qeyd olunan “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyətini təsdiq edən sənədi mütləq imtahana gətirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR