Naxçıvanda səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

Naxçıvanda səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib
# 16 fevral 2016 20:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasında epidemioloji vəziyyətə nəzarət etmək məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görülüb, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Ərazi Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai-iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantı meydançalarında, həmçinin su anbarlarında, su təchizatı qurğularında müntəzəm dezinfeksiya və dezinseksiya işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR