Yevlax sakini Mingəçevirdə dəm qazından zəhərlənib

Yevlax sakini Mingəçevirdə dəm qazından zəhərlənib
# 25 yanvar 2016 14:53 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin N.Gəncəvi küçəsindəki 93 saylı mənzildə qeydə alınıb. Həmin evdə kirayədə yaşayan Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü Rüstəm Nağıyev hamam otağında olarkən kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazı səbəbindən huşunu itirib. Onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yeganə Yusifova hamama girdikdə Rüstəm Nağıyevi yerə yıxılmış vəziyyətdə tapıb. Hamilə qadın dəm qazından zəhərlənən həyat yoldaşını çətinliklə də olsa bayıra çıxarıb və təcili tibbi yardım stansiyasına məlumat verib. Rüstəm Nagıyev təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Rüstəm Nağıyev xilas olunub, hazırda o xəstəxanada müalicə olunur.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR