Dələduzluqda təqsirləndirilən qadınlar məhkəmə zalında həbs ediliblər

Dələduzluqda təqsirləndirilən qadınlar məhkəmə zalında həbs ediliblər
# 11 dekabr 2015 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yeganə Şərifova və Laləzər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Yeganə Şərifova 9 il , Laləzər Quliyeva isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan hər iki qadın məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq törətmə) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR