Slovakiyanın baş naziri Avropa İttifaqının növbədənkənar sammitinin keçirilməsinə çağırıb

Slovakiyanın baş naziri Avropa İttifaqının növbədənkənar sammitinin keçirilməsinə çağırıb
# 08 yanvar 2016 18:32 (UTC +04:00)

Bakı-APA. Slovakiyanın baş naziri Robert Fitso dekabrın 31-də Almaniyanın Köln şəhərində yaşanan insidentlərlə əlaqədar Avropa İttifaqının növbədənkənar sammitinin keçirilməsinə çağırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir qeyd edib ki, Slovakiya Avropa Şurası və Avropa Komissiyasına müraciət edərək Aİ-nın xarici sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı işlərin sürətləndirilməsini tələb edəcək.

Qeyd edək ki, Almaniya polisi dekabrın 31-də Köln şəhərinin mərkəzində qadınlara qarşı bir qrup kişinin cinsi zəmində hücumları ilə bağlı araşdırma aparır. Hadisə ilə əlaqədar 32 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onlardan 29-nun miqrant olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR