Gürcüstan “İpək yolu” Beynəlxalq Ticarət Palatasının sıralarına daxil olub

Gürcüstan “İpək yolu” Beynəlxalq Ticarət Palatasının sıralarına daxil olub
# 07 aprel 2016 03:34 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Ticarət və Sənaye Palatası “İpək yolu” Beynəlxalq Ticarət Palatasının sıralarına daxil olub.

APA-nın “Gürcüstan-onlayn” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq Memorandum imzalanıb.

İmzalanma mərasimi “İpək yolu” Beynəlxalq Ticarət Palatasının nümayəndə heyətinin Tiflisə səfəri çərçivəsində baş tutub. Nümayəndə heyətinə Palatanın sədri Lyu Yanzonq başçılıq edib. Səfər “İpək yolu” regionunda iqtisadi-ticarət və mədəni münasibətlərin inkişafına yardım məqsədi daşıyıb.

Qeyd edək ki, Gürcüstan Ticarət və Sənaye Palatasının başçısı Nino Çikovani “İpək yolu” Beynəlxalq Ticarət Palatasının vitse-prezidenti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR