Qazaxda rayon sakini minaya düşüb

Qazaxda rayon sakini minaya düşüb
# 09 aprel 2016 22:28 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR