"Qəbələ" Avropa Liqasında iştirakını dayandırıb

"Qəbələ" Avropa Liqasında iştirakını dayandırıb
# 10 dekabr 2015 20:55 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasındakı təmsilçilərimizdən biri olan "Qəbələ" qrup mərhələsində sonuncu oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" Bakıda Rusiyanın "Krasnodar" klubunu qəbul ediblər.

Roman Qriqorçukun yetirmələri üçün bu görüş formal xarakter daşıyırdı. "Qəbələ" qalib gəlməklə, ən yaxşı halda qrup üçüncüsü ola bilərdi. "Krasnodar" üçün isə qələbə qrup mərhələsini birinci pillədə başa vurmaq mənasında, vacib idi.

Ardıcıl 7 oyundu avrokuboklarda qələbə qazana bilməyən təmsilçimizin azarkeşləri önündə 3 xal əldə etmək arzusu bu dəfə də baş tutmayıb.

Qonaqlar vurduğu 3 qolla 3 xal qazanaraq qrup mərhələsini birinci sırada başa vurub.

Tarixində ilk dəfə bu mərhələdə iştirak edən "Qəbələ" isə qrupu sonuncu sırada bitirib.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

C qrupu

“Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) - 0:3

Qollar: Siqurdson, 25, Pereyra, 41, Vanderson, 75

Baş hakim: İştvan Kovaç

Bakı. 8-ci km qəsəbə stadionu

1.

Krasnodar

6

4

1

1

9-4

13

2.

Borussiya

6

3

1

2

10-5

10

3.

PAOK

6

1

4

1

3-3

7

4.

Qəbələ

6

0

2

4

2-12

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR