Xerardo Amaria: “Daxilən dəyişməsək, beynəlxalq müstəvidə dəyişiklik edə bilmərik”

Xerardo Amaria: “Daxilən dəyişməsək, beynəlxalq müstəvidə dəyişiklik edə bilmərik”
# 29 sentyabr 2016 10:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İradə və istək olsa, hamımız dəyişə bilərik”.


APA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amaria deyib.

Onun sözlərinə görə, insanların fikrinə önəm vermək çox vacibdir: "Uruqvay heç zaman irqçiliyə yol verməyib. Əlimizdən gələni etməliyik ki, bu ideyaları gələcək nəsillərə ötürək. Güzəştlərə getməliyik. Xristian dini bizə öyrədir ki, biz hətta düşmənimizi sevməli, bizə qarşı çıxanlara kömək etməliyik. Biz daxilən dəyişməsək, cəmiyyətdə və beynəlxalq müstəvidə dəyişiklik edə bilmərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR