TQDK: Kolleclərə qəbul olan abituriyentlərin 50 faizi qeydiyyatdan keçib

TQDK: Kolleclərə qəbul olan abituriyentlərin 50 faizi qeydiyyatdan keçib
# 27 iyul 2016 09:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik təhsil bazasında kolleclərə qəbul olanlara müraciət edib. TQDK-dan APA-ya verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bildirilib ki, 27 iyul saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib.

Qeyd olunub ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR