Göyçay, Qəbələ və İsmayıllıya güclü dolu yağıb

Göyçay, Qəbələ və İsmayıllıya güclü dolu yağıb
# 31 mart 2016 16:37 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Martın 31-də saat 17:40 radələrində Göyçay rayonuna güclü dolu yağıb.

APA-nın yerli bürosunun xəbərinə görə, təqribən 10 dəqiqə davam edən dolu evlərin dam örtüklərinə, fərdi təsərrüfatlara ziyan vurub. Dolu daha çox rayonun Qarabaqqal, Hacalıkənd, Bığır kəndlərinə düşüb.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. Məlumata görə, Qəbələ və İsmayıllı rayonlarının kəndlərindən də dolu düşüb və təsərrüfatın ayrı-ayrı sahələrinə xeyli ziyan dəyib. Hazırda bölgəyə leysan yağmaqda davam edir. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR