“Rosturizm”: Türkiyəyə səyahət paketlərinin satışına qoyulan qadağa uzunmüddətli olacaq

“Rosturizm”: Türkiyəyə səyahət paketlərinin satışına qoyulan qadağa uzunmüddətli olacaq
# 30 noyabr 2015 15:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Türkiyəyə səyahət paketlərinin satışına qoyulan qadağa uzunmüddətli olacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Rosturizm"in rəhbəri Oleq Safonov bildirib.

"Türkiyədə terror təhlükəsi çox böyükdür. Qərar alınıb ki, Türkiyəyə səyahət paketləri satılmasın. Prezidentin bununla bağlı fərmanının nə qədər qüvvədə olacağını deyə bilmərəm. Prezidenti fərmanı müddətsizdir. Terror təhlükəsi faktoru təəssüf ki, uzunmüddətli xarakter daşıyır. Ona görə də işimizi bu amili nəzərə alaraq qururuq", - deyə “Rosturizm” rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR