Vaşınqtonda dəmiryol vağzalına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb - YENİLƏNİB

Vaşınqtonda dəmiryol vağzalına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb - <span style="color: red;">YENİLƏNİB
# 28 iyul 2016 00:20 (UTC +04:00)

Bakı-APA. Vaşınqtonda dəmiryol vağzalına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polisinin nümayəndəsi bildirib.

Həyəcana səbəb vağzalda aşkar olunan şübhəli paket olub

Hazırda dəmiryol vağzalının fəaliyyəti bərpa olunub.

***

01:55

Bakı-APA. ABŞ-ın paytaxtı Vaşinqtonda mərkəzi dəmiryol vağzalında bütün sərnişinlər təxliyə edilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polisinin nümayəndəsi bildirib.

“Vağzalda partlayış təhlükəsi var”, deyə polis nümayəndəsi bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib.

İlkin ehtimala əsasən, evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilir.

Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR