Böyük Britaniyaya məxsus hərbi təyyarələr Suriyaya yollanıb

Böyük Britaniyaya məxsus hərbi təyyarələr Suriyaya yollanıb
# 03 dekabr 2015 02:34 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyaya məxsus “Tornado” qırıcıları Kiprin “Akrotiri” bazasından Suriyaya yollanıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, təyyarələr parlamentdə keçirilən səsvermədən bir saat sonra havaya qalxıb.

Bildirilir ki, “Tornado”lar səsvermə proseduru başlanandan uçuşa hazır vəziyyətdə olublar.

Xatırladaq ki, Böyük Britaniya parlamenti İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələrinin endirilməsinə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR