İncəsənət Gimnaziyasının şöbə müdirinin qızı faciəli şəkildə ölüb

İncəsənət Gimnaziyasının şöbə müdirinin qızı faciəli şəkildə ölüb
# 20 oktyabr 2015 13:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Respublika İncəsənət Gimnaziyasının şagirdi faciəli şəkildə ölüb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib. Respublika İncəsənət Gimnaziyasının Rəssamlıq şöbəsinin müdiri Kəmalə Kərimovanın qızı Ləman Kərimova yaşadığı hündürmərtəbəli binadan yıxılaraq ölüb.

L. Kərimova gimnaziyanın şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR