Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda 3-cü mərtəbədən düşən şəxs sağ qalıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 11-də Sumqayıt şəhəri 17-ci mikrorayonda qeydə alınıb.
Orada yaşayan Nihal Məmmədseyidova evinin pəncərəsindən (5 mərtəbəli binanın 3-cü mərtəbəsi) yıxılıb. O, xəstəxanaya yerləşdirilib.