Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib

Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib
# 06 noyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-da Goranboyda vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APAya verilən xəbərə görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinləri iştirak edib.

Qəbulda ümumilikdə 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka kreditlərinin

verilməsi, iş ilə təminatla bağlı olub.

Gənclər sahəsi üzrə edilən 10-a yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub.

İdman sahəsində 15-dən artıq müraciət olub ki, onların da sırasında idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR