Məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası dəyişib

Məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası dəyişib
# 17 may 2016 10:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin plenar iclasında Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklik müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası ilə bağlıdır. Cəzaların İcrası Məcəlləsinə edilən əlavəyə görə, şikayət verildiyi hallarda barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılacaq və bu barədə müvafiq qərar qəbul ediləcək.

“Sanitariya-epidemioloji salamatlıq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, Miqrasiya Məcəlləsində də müvafiq dəyişikliklər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR