Antalyada Rusiya vətəndaş olan 3 İŞİD-çi yaxalanıb

Antalyada Rusiya vətəndaş olan 3 İŞİD-çi yaxalanıb
# 13 yanvar 2016 08:12 (UTC +04:00)

Bakı – APA. Yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında baş vermiş terror aktından sonra Türkiyə hüquq-mühafizə orqanları ölkə ərazisində genişmiqyaslı əməliyyatlara başlayıblar.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Antalyada keçirilən əməliyyat zamanı “İslam Dövləti” (İŞİD) terror təşkilatının 3 üzvü saxlanılıb. Onların Rusiya vətəndaşı olduğu bildirilib, lakin adları açıqlanmayıb. Həmin şəxslərin yaşadığı yerdə çoxlu sayda sənəd və CD aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR