Göygöldə Saatlı sakinindən narkotik vasitə götürülüb

Göygöldə Saatlı sakinindən narkotik vasitə götürülüb
# 26 yanvar 2016 08:03 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Saatlı rayon sakini Göygöldə saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, 30 yaşlı Nadir Cəfərov şübhəli şəxs qismində.

N. Cəfərovun “Mercedes” markalı avtomobilinə baxış zamanı yük yerindən 1,1 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. İlkin ifadəsi zamanı N. Cəfərov narkotik vasitəni satış məqsədi ilə gətirdiyini deyib. Onun Saatlı rayonundakı mənzilinə baxış zamanı oradan 4 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır. N. Cəfərov əvvəllər də “Narkotik vasitələri qanunsuz saxlama və istifadə” maddəsi ilə məhkumluq həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR