Qanvermə aksiyalarından 24 128 770 ml qan tədarük edilib

Qanvermə aksiyalarından 24 128 770 ml qan tədarük edilib
# 12 noyabr 2015 12:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cari ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 ml qan tədarük edilib.

Bildirilib ki, keçirilən aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib.

Qeyd olunub ki, donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb: “Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR