Bakıda vəkilin avtomobilinin şüşəsini sındırıb, pulunu aparıblar

Bakıda vəkilin avtomobilinin şüşəsini sındırıb, pulunu aparıblar
# 30 noyabr 2015 13:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda vəkilin maşını qarət olunub.

APA-nın məlumatına görə, hadisə bu gün metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb. Vəkillik fəaliyyəti ilə məşğul olan Şücaəddin Bağırova məxsus “Hyundai” markalı maşının yan şüşəsinin qıran şəxs və şəxslər avtomobildən 1000 ABŞ dolları, 500 manat və müxtəlif sənədləri aparıblar.

Hadisə barədə polisə məlumat verilib. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR