Norveçdən İngiltərəyə uçan təyyarənin sərnişinləri evakuasiya olunub, 2 nəfər saxlanılıb

Norveçdən İngiltərəyə uçan təyyarənin sərnişinləri evakuasiya olunub, 2 nəfər saxlanılıb
# 15 may 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Oslo yaxınlığındakı Riqqe hava limanında Norveçdən İngiltərəyə uçan təyyarənin sərnişinləri evakuasiya olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onlardan birinin Böyük Britaniya, digərinin isə Şri Lanka vətəndaşı olduğu bildirilir. Hazırda sərnişinlər və yüklər təkrar yoxlamadan keçirilir.

"Ryanair" aviaşirkətinə məxsus təyyarənin Oslo-Mançester marşrutu üzrə uçduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR