Prezident İlham Əliyevin Qusara səfəri başlayıb

Prezident İlham Əliyevin Qusara səfəri başlayıb
# 08 sentyabr 2016 13:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR