"Amrahbank"ın aktivləri 24% artıb

"Amrahbank"ın aktivləri 24% artıb
# 22 oktyabr 2015 13:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Amrahbank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin III rübündə 198,542 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,83% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,21% artaraq 131,574 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 67,091 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 30,51% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 42,72% artaraq 108,087 mln. manat olub. Depozitlərin 17,979 mln. manatı milli valyutada, 90,108 mln. manata qədər olan hissəsi isə xarici valyutada yerləşdirilib.

Əhalinin əmanətlərinin həcmi isə 93,868 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 58,41% çoxdur. Əmanətlərin 13,160 mln. manatı milli valyutanın, 80,708 mln. manatı isə xarici valyutanın payına düşür.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 1,522 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,12% azdır və kreditlərin hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bir il ərzində bankın məcmu kapitalı 10,79% azalaraq 49,486 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 18,13% azalaraq 18,215 mln. manat, xərcləri isə 33,95% artaraq 23,121 mln. manata çatıb.

III rübü bank 4 mln. 906,2 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 23 filialı, 27 bankomatı, 479 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR