Ankara polisi terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlayıb

Ankara polisi terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlayıb
# 21 aprel 2016 20:32 (UTC +04:00)

Bakı-APA. Ankarada terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlanılıb. APA-nın İHA-ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Suriya ilə həmsərhəd Hatay əyalətindən gələn sərnişin avtobusunu yoxlayarkən sərnişinlər arasında İstanbul məhkəməsinin qərarı ilə axtarışda olan şəxsi aşkar ediblər.

Saxlanılan şəxsin 26 yaşlı Qars sakini olduğu bildirilir. Onun “Əl Qaidə” terror təşkilatının üzvü olduğu və qruplaşma tərəfindən kamikadze qismində terror aktı törətməyə hazırlandığı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR