Salyanda yük və minik maşınları toqquşub, xəsarət alanlar var

Salyanda yük və minik maşınları toqquşub, xəsarət alanlar var
# 19 iyul 2016 16:53 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Marışlı kəndi ərazisində “KamAZ”markalı yük maşını ilə “Mercedes Vita” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Abadkənd kənd sakini, 1975-ci il təvəllüdlü Murad Nadir oğlu Ağamalıyev kəllə-beyin travması, avtomobildə olan sərnişin, Yenikənd kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Xanlar qızı Rzayeva isə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR