Fransanın Azərbaycandakı səfiri ölkəsində investisiya mühiti ilə bağlı mətbuat konfransı keçirib - FOTO

Fransanın Azərbaycandakı səfiri ölkəsində investisiya mühiti ilə bağlı mətbuat konfransı keçirib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2015 15:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransada investisiya imkanları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
 
Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olduğuna diqqət çəkən səfir qarşılıqlı investisiya məsələlərinin də ölkələr arasında müzakirə edilən mövzulardan biri olduğunu söyləyib. O, Fransanın elm, tədqiqatlar, turizm sahələrində dünya birinciləri sırasında olduğunu xatırladaraq, bu sahədə inzibati prosedurların asanlaşdırıldığını və bütün bu faktorların Fransaya sərmayə yatırılması perspektivlərini daha da artırdığını bildirib. 
 
Fransa səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Herne Sarnelli isə ölkə iqtisadiyyatının çoxşaxəli olduğunu, vergi güzəştləri tətbiq edildiyi üçün Fransanın xarici investorlar üçün cəlbedici ölkəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Fransa dünyada ÜDM-ın həcminə görə 6-cı, Avropada 2-cidir, ölkədə 20 minə yaxın xarici şirkət fəaliyyət göstərir. Müşavir gələcək üçün də xüsusi vergi mexanizmləri hazırlandığını qeyd edib.
 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR