İsveçrə Aİ-yə üzvlüyünə dair müraciətini geri çağırıb

İsveçrə Aİ-yə üzvlüyünə dair müraciətini geri çağırıb
# 03 avqust 2016 02:11 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Şurasına ötən həftə İsveçrədən Aİ-nin təsisatlarına qoşulmasına dair 1992-ci il tarixli müraciətinin geri çağırılması barədə rəsmi bildiriş daxil olub.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Şura nümayəndəsi məlumat verib.

İsveçrə-Aİ münasibətləri ikitərəfli razılaşmaların əsasında qurulub. Mənbənin məlumatına görə, Aİ üzvlüyünə dair müraciətin geri çağırılmasının bu münasibətlərə heç bir mənfi təsiri olmayacaq.

Qeyd edək ki, İsveçrə 1992-ci ildə Aİ-yə üzvlüyünə dair müraciət edib. Lakin isveçrəlilər elə həmin il keçirilmiş referendumda Aİ-yə üzv olmağın əleyhinə səs verib. O vaxtdan inteqrasiya prosesi dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR