Qiyas İbrahimovun istintaqı yekunlaşıb

Qiyas İbrahimovun istintaqı yekunlaşıb
# 19 avqust 2016 17:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, gələn həftə cinayət işi məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barələrində olan cinayət işi ayrılıb.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR