Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb
# 25 mart 2016 08:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evindən oğurluq edilib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR