"Nar" "İkiqat bayram" kampaniyasını keçirir

"Nar" "İkiqat bayram" kampaniyasını keçirir
# 17 dekabr 2015 09:10 (UTC +04:00)

Bakı - APA-Economics. “Nar” ikitərəfli qaydada bağlı olan öncədən ödənişli nömrələrin yenidən aktivləşdirilməsinə - “İkiqat bayram” kampaniyasına start verib.

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, kampaniya çərçivəsində 2 AZN-dən 50 AZN-dək ödəniş etmiş abunəçilər balanslarına yüklədikləri puldan əlavə həmin məbləğin 100%-i həcmində 7 gün ərzində aktiv olacaq şəbəkədaxili bonus dəqiqələr qazanırlar.

Bundan başqa, mobil operator heç bir ödəniş şərti olmadan ikitərəfli bağlı olan 3G+ data nömrələrin balansına da 30 günlük 400 MB pulsuz internet trafiki yükləyir.

Kampaniya müddətində öncədən ödənişli nömrələri ikitərəfli qaydada bağlı olan, Sim-kartlarını itirən və ya zədələyən abunəçilər “Nar” satış və xidmət mərkəzlərində öz şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz Sim-dublikat əldə edə bilərlər.

Kampaniyadan nömrələri dekabr ayının 25-dək ikitərəfli qaydada bağlanmış bütün öncədən ödənişli xətt abunəçiləri istifadə edə bilərlər. İkitərəfli bağlı nömrələri yenidən aktiv edilən abunəçilər 15 yanvar 2016-cı il tarixədək kampaniyadan istədikləri qədər yararlana biləcəklər.

Daha ətraflı məlumatı “Nar” rəsmi internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR