Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib

Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib
# 22 noyabr 2015 18:03 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdə rayonunda 12 yaşlı qız dəm qazından zəhərlənib. Hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Vəlizadə hamamda dəm qazından zəhərlənib.

Dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan L. Vəlizadənin vəziyyəti ağırdır, həyati təhlükəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR