Con Kerri: Vyanadakı görüşün iştirakçıları arasında Əsədin gələcəyi ilə bağlı fikir ayrılığı qalmaqdadır

Con Kerri: Vyanadakı görüşün iştirakçıları arasında Əsədin gələcəyi ilə bağlı fikir ayrılığı qalmaqdadır
# 14 noyabr 2015 18:34 (UTC +04:00)

Bakı-APA. Vyanada Suriya münaqişəsinin nizamlanmasına həsr olunan çoxtərəfli görüş başa çatıb. Görüş beş saat davam edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüş iştirakçıları arasında birgə sənəd razılaşdırılıb. Sənədin yaxın zamanda mətbuata təqdim olunacağı gözlənilir.

“Görüş iştirakçıları arasında Bəşər Əsədin gələcəyi də daxil olmaqla, bir sıra məsələlər üzrə fikir ayrılığı qalmaqdadır”, deyə görüşdən sonra ABŞ dövlət katibi Con Kerri, Rusiya XİN rəhbəri Sergey Lavrov və BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffano de Mistura ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ əmindir ki, prezident Bəşər Əsədin hakimiyyətdə qalması Suriyada terrorçuluğun genişlənməsi də daxil olmaqla ölkədəki problemlərin həllinə kömək etməyəcək. Nə diktator, nə də terrorçular Suriya böhranının həlli yolu deyil”, deyə o qeyd edib.

Görüş iştirakçıları Suriyada tezliklə atəşkəsə nail olmağa dair razılığa gəliblər. Atəşkəsə əməl olunmasının monitorinqini xüsusi qrup həyata keçirəcək.

Terror qruplaşmalarının siyahısını yaxın günlərdə razılaşdırmaq planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR