Prezident İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin edilir”

Prezident İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin edilir”
# 26 aprel 2016 08:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Multikulturalizm trendlərinin gücləndirilməsi çox müsbət tendensiya ola bilər. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfə verməlidirlər. Çünki bunun əksi ksenofobiyadır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib: “Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun nəticəsi idi. Azərbaycanda bütün azadlıqlar təmin edilir. İqtisadi islahatlar da siyasi islahatlarla paralel aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR