Gəncədə 26 yaşlı oğlan dərmandan zəhərlənib

Gəncədə 26 yaşlı oğlan dərmandan zəhərlənib
# 13 avqust 2016 12:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində dərmandan zəhərlənmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Elşən Məmmədov dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

E. Məmmədovun hansı şəraitdə və hansı dərmandan zəhərləndiyi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR