Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edəcək

Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edəcək
# 07 aprel 2016 11:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprelin 14-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərinin qəbulu keçiriləcək.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 12-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR